“Akvarium” əyləncə mərkəzindən şikayət var – Fotobackend

“Akvarium” əyləncə mərkəzinin müştərisi olmuş İlqar Zeynalov şikayət edib.Tribunainfo.az-ın verdiyi xəbərə görə, əyləncə mərkəzində mühafizəçi uşağa qarşı aqressiv vəkobud rəftar edib. Bunu İ.Zeynalov özü qeyd edib: “Uşaqların əyləncəsi üçün olan mərkəzdə, insani keyfiyyəti minimal həddə olan mühafizə işçisi bir “xanımı” təyin ediblər. Girişdə çantalara baxış keçirilməsi gözəldir, hətta özü ilə içki və qida gətirəni də gətirdikləri ilə buraxılmasına icazə olmadığını da başa düşdük, obyekt sahibi öz məhsullarını satmaqla gəlir əldə etməlidir. Bunları nəzərə alaraq çantamızda olan 0.5l qazsız ağ suyu mühafizəçiyə təhvil verdik. Bizə bildirdi ki, qalsın burda, uşaq istəsə gəlib içə bilər. Biz də razı halda uşaqların əylənməsi üçün daxil olduq əyləncə bölümünə.
Uşaqlar əyləndikdən sonra 5 yaşlı uşaq gedib öz suyunu götürüb içdiyini gördüm. Bunu görən mühafizəçi xanımcıq uşağın üstünə şığıdığını görüb yaxınlaşdıq. Bizə deyir suyu al uşağın əlindən olmaz. Təəccüb hissi bürüdü bizi. Bu nə deməkdir. Olmaz, icazə yoxdur. Məgər 5 yaşlı uşağa göstərilən bu reaksiya doğrudurmu?”
Müştəriyə görə, insan nə qədər alçaq düşüncəli biri olar ki, belə reaksiya verə bilər: “Şikayət və təkliflər kitabına diqqət edəndə, bu halı ilk biz yaşamadığımızı anladıq.
Rəhbərlik hələ də belə şəxsləri işlə təmin edib, həqiqi işini bilən və normal düşüncəli şəxsləri işsiz qoyacağı tədbirdə, sonda bir çox müştərini itirəcək”.