Ali məktəbə qəbul olan subbakalavrların sayı azalıbbackend

“Bu il təxminən 5000-ə yaxın subbakalavr ali məktəbə qəbul olub”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il subbakalavrların qəbul göstəricisi əvvəlki illə müqayisədə az olub: “Hansı ki, keçən il bu rəqəm təxminən 5 300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər”.