Ali təhsil müəssislərinə ixtisas seçimi başlayır. 1-ci ixtisas qrupunda rəqabət daha çoxdur. Belə ki, keçən illə müqayisədə 5279 nəfər daha çox şəxs bu qrupa sənəd verib. 2-ci ixtisas qrupunda isə əksinə, müsabiqəyə buraxılan hər bir şəxsin qəbul olma şansı var. Bu fikirlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi mətbuat konfransında səsləndirilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, dövlət tərəfindən bu il mülki ali məktəblər üzrə 51 min yer təqdim olunub. Bu isə ötən illə müqayisədə 2546 yer daha çoxdur. Plan yerlərinin 23 627-si dövlət sifarişlidir.
Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur. Bu il əsasən kütləvi istiqamət birinci qrupa yönəlib. İnformasiya təhlükəsizliyi ixtisasına artan maraq çox olduğuna görə, bu ixtisas üzrə ali məktəblərdə daha yüksək keçid balın formalaşması ehtimalı var. Əksinə, 2-ci qrup üzrə isə müsabiqə şərtini ödəyən abituriyentlərin bu il şansı daha çoxdur.
3-cu ixtisas qrupuna sənəd verənlərin sayı keçən illə müqayisədə yalnız 800 nəfər artıb. Həmçinin, 3-cü ixtisas qrupunda əlavə plan yerləri verilib, tarix-coğrafiya qrupu yaradılıb. Ona görə də burda plan yerləri ötən illə müqayisədə artıb.