Almaniya millisinin üzvlərindən şərh – “1/8-ə layiq deyildik”backend

Almaniya millisinin üzvləri Cənubi Koreyaya 0:2 hesablı məğlubiyyəti şərh ediblər. “Yenigundem” xəbər verir ki, bir neçə futbolçu komandanın bu oyunla evə dönməli olduğunu bildirib:

Mario Qomes: “Biz çempionatı tərk etməyə layiq idik. Çox acı hissdir. Heç nə edə bilmədik. Qələbə qazanmalı olduğumuz oyunlarda uduzduq. Düşünürəm ki, növbəti mərhələyə layiq deyildik”.

Coşua Kimmix: “Biz çox narahatıq. Oyunun ikinci yarısında hədəfsiz oynadıq. Hesab edirəm ki, 1 qol vursaydıq, 1/8 final bizim idi. Dünya çempionatında heç yaxşı oyun göstərmədik. Lövün vəzifəsində qalmasını istəyirəm. İndi Cənubi Koreya ilə oyundakı səhvlərimizi təhlil etməliyik. Soyunub-geyinmə otağənda məşqçi bizə heç nə demədi”.

Sami Xedira: “Son 12 ildə bütün çempionatlar ərzində ən azı yarımfinala qədər gəldik. Bu çempionatda isə 3 oyunun heç birini yaxşı keçirmədik. Çox kədərli anlardır. İsveçlə matçda bir az daha yaxşı idi. Orada ikinci hissədə dəqiq və sərbəst oynadıq. Bu gün Cənubi Koreya qol vurduqdan sonra çox narahat olduq. Rəqib dünya çempionlarına qarşı əla oynadı. Onların oyunu göstərdi ki, biz davam etməməliyik. Problemlərimiz barədə bilirdik. Son illərdə çox uğurlu olduq və bəlkə də bu bizimlə zarafat oldu. Yəqin düşünürdük ki, hər şey öz-özünə düzələcək”.

Toni Kroos: “Heç kim bunu gözləmirdi. Normaldır. Tələsik nəticə qazanmaq istəməyimiz baha baş gəldi. Bilirik ki, evə dönürük. Turnirin gedişində yaxşı formada olmadığımız ortaya çıxdı. Əvvəlki oyunlar da bunu göstərdi. Bunu düzəltmədikcə, gələcəkdə də çətin olacaq. İlk yarıda yaxşı epizodlar oldu. Amma 90 dəqiqə Cənubi Koreyaya qol vura bilmiriksə, evə getməliyik”.

Tomas Müller: “Çox məyus oldum. İsveçlə oyundan sonra hər şeyin əlimizdə olduğunu düşünürdük. Amma yanlış düşünmüşdük. Dünya çempionlarının qrupu 4-cü bitirməsi qüsurdur. Bunun səbəblərini tapmaq çətindir. Bizim kimi komandalara qarşı hər komanda təzyiqdə oynayır və bu xüsusi çətinlik yaradır”.

Manuel Noyer: “Məğlubiyyət üçün üzr istəyirik. Necə bu qədər fərqli ola bilər? Üç oyunun heç birində əsl Almaniyanı görmədiniz. Rəqiblər qarşısında titrəyən bir komanda idik. Əgər komanda 90+5-ci dəqiqədə İsveçə qol vurursa, digər oyunlarda təhlükəli vəziyyət yarada bilmirsə, nədən danışa bilərik? Pley-off-a getsəydik, rəqiblər bizdən qorxmayacaqdı. Bu cür turnirlərdə zəif rəqib yoxdur”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi izləyin