“Altın kelebek”də Aygün coşğusu –VİDEObackend

Xəbər verdiyimiz kimi, “Altın kelebek” mükafatlandırma mərasimində Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova təmsil edib.

“Yenigundem”-ın məlumatına görə, bütün gözəlliyi ilə hərkəsi özünə cəlb edən super star “Sus” mahnısını eksklyüziv olaraq, Türkiyə – İstanbul səhnəsində “Altın Kelebek” mükafatlandırma gecəsində ifa edib. Böyük alqışlarla səhnəyə çıxan Aygün yenə də olduqca gözəl və təkrarolunmaz idi. Qeyd edək ki, müğənninin gecədə geyindiyi hər iki paltar modelyer Rüfət İsmayılın kolleksiyasından olub. Kazımova ilk olaraq qırmızı xalçaya gümüşü rəngdə kostyumla çıxıb. Rüfət İsmayılın kolleksiyasından olan geyimi müğənni qara kəmər, və transparan kofta ilə tamamlayıb. Aygün saçına isə qara aksesuar taxıb. Mükafat alan zaman isə Aygün qara paltar və çəkmədən istifadə edib