Amerikada yaşayan azərbaycanlı model yataqda və cakuzidə görüntülərini paylaşdı – FOTObackend

Amerikada yaşayan, “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova seksual paylaşımları ilə diqqəti üzərinə cəmləyib.

“Yeni Gündəm” xəbər verir ki, karantində evdə qalan azərbaycanlı model günlərini rəngarəng etmək üçün kamera qarşısına keçərək, sevdiyi işlə məşğul olub.

Foto sənətinə aşiq olan cazibədar model yataqda bir-birindən ehtiraslı şəkillər çəkdirərək, sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qara və “fil dişi” rəngində alt geyimdə açıq-saçıq pozlar verən Ruslana ideal fit bədən quruluşu ilə əks cinsin nümayəndələrinin diqqətini çəkib.

Daha bir fotonu isə bloqer cakuzidə telefonunun yaddaşına köçürüb. Orada yalnız ayaqlarını nümayiş etdirən R.Cavadova “İstirahət vaxtıdır” yazaraq, karantini xoş keçirdiyinə işarə vurub.

 

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illərində o, modaya maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L’Officiel” mükafatlarınnın təqdimetmə mərasimində iki kateqoriyaya – “Ən yaxşı model” və “Ən yaxşı moda bloqeri” mükafatlarına layiq görülüb.

R.Cavadova həm də zərgərlik dizayneri işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini davam etdirir.