Anar Əlizadənin adı daha bir qalmaqalda: Məşhur nəşr “iş adamı” haqqında yazdıbackend
Azərbaycanda neft oliqarxlarının adı mütamadi olaraq qalmaallarda hallanır…
Hələ bir neçə il öncə sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin və yaxın qohumu Anar Əlizadənin Türkiyədəki gecə klublarının birində etdiyi biabırçı hərəkət mediayaya sızmışdı. Bu biabırçılığa günahkarlar başqa don geyindirə bilmədilər. Hələ o zaman gecə klubundakı o biabırçılıqda iştirak edən qızlardan birinin açıqlaması isə mediada bomba kimi partlamışdı. Bir sözlə oliqarx övladları Azərbaycanın pullarını xaricdə eyş -işrətə xərcləməkdə davam edirlər. Bundan bir qədər sonra isə Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev İspaniyada İlbizada 1,3 milyon avroluq saatında qorxusundan qarşısını kəsən silahsız oğruya verməsi də gündəm oldu. İndi isə Rövnəq Abdullayevin qara kassası olan Anar Əlizadənin adı daha bir qalmaqalda hallanır. Bu dəfə neft maqnatı kimi tanınan Anar Əlizadənin adı Londonda keçirilən qalmaqalla partidən keçir. İngilis mətbuatı bu qalmaqaldan geniş yazıb. TheNational nəşri “iş adamı” Anar Əlizadənin 2020-ci ilin oktyabrında Londonda Cavendish prospektində 8635 kvadrat metrlik , dəyəri 15 milyon funtsterlinq dəyərində villa aldığını yazır.

Nəşr iddia edir ki, bu məhəllə varlıların yaşadığı bir məhəllədir və xüsusi olaraq qorunur. Bu sakit məhəllədə “iş adamı” Anar Əlizadə yaşamır. Yalnız ildə bir neə dəfə burada xüsusi partilər keçirilir.
Nəşr iddia edir ki, Anar Əlizadənin qonşuları içərisində məşhurlar çoxdur. Burada Rihanna, Pol Makkarti, Kate Moss, Bill Nighy və Damian Lewis məşhurlar yaşayıb. Aston Chase əmlak agentlərinin direktoru Mark Pollak, bildirib ki, bu məhəllədə ev almaq aydan ulduz qazanmaq kimi dəyərlidir.

Göründüyü kimi, 2020-ci ildə Vətən Müharibəsinin getdiyi ərəfədə Anar Əlizadə öz kefindən qalmayıb və özünə və yaxud Rövnəq Abdullayevə bahalı villa almağı bacarıb. Adı qalmaqallardan çıxmayan gənc iş adamı Anar Əlizadə kimdir və mediada adı necə xatırlanır?
Əliyev Anar Nüsrət oğlu: 21 sentyabr 1978-ci ildə Naxçıvanda dünyaya gəlib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb. Özünün iddiasına görə, tələbəlik illərindən biznes həyatına atılıb. Türkiyə ilə Naxçıvan arasında kiçik ticarətlə işə başlayan Anar Əliyev adlı adamın varlığı 2013-cü ilə qədər bilinməyib. İlk dəfə onun adı həmin il Global Witness təşkilatı tərəfindən hazırlanan “Anonim Azərbaycan” hesabatı yayınlanandan sonra duyulmağa başlayıb. Həmin ilə qədər Əliyev soyadı daşıyan Anar “Anonim Azərbaycan” hesabatının açıqlanmasından sonra birdən-birə dönüb olub Əlizadə, bəzən isə Alizadə.
Dünyanın bəlkə də ən şanslı iş adamlarını belə heyrətə düşürəcək bu qeyri-adi yüksəlişin bir səbəbi var – Anar Əlizadə sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR isə Rövnəq Abdullayevin ailə təsərrüfatıdır. Və bu ailə təsərrüfatında Anar Əlizadənin çox böyük dayaqları var. Gəlin, onların bəziləri ilə tanış olaq:
1. Bədəl Əliyev: Anar Əlizadənin qardaşlarından biri. SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Nihad Əliyev: Anar Əliyevin digər qardaşı. SOCAR-da satış direktorudur.
3. Nüsrət Əliyev: Anar Əliyevin atası. Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata Neft Emalı zavodunda Qaz sektorunun müdiri işləyib.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiri olub.
5. Anar Əliyevin xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləri olublar.
6. Anarın əmi nəvəsi Ramil Əliyev “EKOL”un rəisi olub.
7. Anarın digər əmi nəvəsi Nail Əliyev – Neft-Yağ Emalı zavodunun rəisi vəzifəsində çalışıb.
Anar Əlizadənin ən azı 8 yaxın qohumu SOCAR-ın ən müxtəlif idarələrinə rəhbərlik edib.
Bir sözlə bir zaman özlərinə böyük şəbəkə quran Anar Əlizadə və yaxın dövlətin milyonlarla dollar vəsaiti xaricə axınına nail olublar. İndi Londonda alınan 15 milyon funtsterlinq dəyərindəki bu əmlak isə dənizdə bir damcıdır.(ulusal.az)