Anar Kərimovla bağlı daha bir fakt ortaya çıxdı – ŞOKbackend

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad edib.İşdən azad edilən nazir haqqında sosial şəbəkələrdə bir neçə faktlar ortaya çıxıb.

“Yeni Gundem”in xəbərinə görə, Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər.

Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub.

Fərahim RƏHİMOV