Anar Məmmədov Naftalanda vətəndaşları qəbul edib – FOTOLARbackend

Milli Məclisin deputatı Anar Məmmədov seçiciləri ilə onlayn qəbul keçirib.Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda sakinlərin müraciətləri dinlənilib, istək və problemləri ilə maraqlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı həllini tapıb.

Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə deputat tərəfindən nəzarətə götürülüb.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.