Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhərində Vətən müharibəsi qazisi Haqverdiyev Cəsarət Qiyas oğlunu evində ziyarət edib.
“Yeni Gundem” xəbər verir ki, ziyarət zamanı qazimizin Vətən müharibəsində keçdiyi döyüş yolundan və aparılan uğurlu əməliyyatlarda iştirakından danışılıb.
Daha sonra millət vəkili qazinin sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb. Şanlı Azərbaycan Ordusunun əsgəri kimi işğalçı erməni silahlı birləşmələrinə qarşı aparılan müharibədə göstərdiyi igidliyə görə ona təşəkkürünü bildirib.
Cəsarət Haqverdiyev Vətən uğrunda döyüşlərdə sağlamlığını qismən itirmiş qazilərimizə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.