YAP-çı deputat Anar Məmmədovun təşəbbüsü ilə Tərtər rayonu Kəbirli kəndində 150 ailənin istifadəsi üçün texniki su xətti çəkilib.
“Yeni Gundem” xəbər verir ki, açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Anar Məmmədov su çəkilişi və qarşıdan gələn Yeni il bayramı münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrində də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.