YAP-çı millət vəkili Anar Məmmədov deputat seçildiyi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə vətəndaş qəbulu keçirib.
“Yeni Gundem” xəbər verir ki, YAP Tərtər rayon təşkilatının inzibati binasında keçirilən qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Yusubov iştirak edib.
Vətəndaşlarla fərdi qaydada görüş keçirilib, millət vəkili onların müraciət və təkliflərini dinləyib.
Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər, qaz, səhiyyə, sosial səpkidə olan müraciətlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Tərtər rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.