Anar Məmmədov vətəndaşlar üçün qəbul keçirəcəkbackend

Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə vətəndaş qəbulu keçirəcək.

”Yeni Gundem” xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.

Dekabr ayı üçün növbəti dəfə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə 20 dekabr tarixində saat 15:00-da Abşeron rayonu Xırdalan şəhərində Abşeron Mədəniyyət Mərkəzinin inzibati binasında Ağdərə rayonundan olan seçicilərin müraciətini dinləyib, onları narahat edən məsələləri həll etməyə çalışacağıq.

Qəbulda iştirak etmək istəyənlər (050) 324 27 91 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.