Antalya:Şəhər içində şəhər – FOTOLARbackend

Side – Antik Yunan dövründə inşa edilən, bu gün Antalyanın ən məşhur şəhər-kurortlarından biridir. Tarixi görməli yerləri, çimərlikləri, turizm infrastrukturu ilə seçilən məkanlardan biri olması turistlərin bu əraziyə səbəb gətirib. Tarixi məkan Türkiyənin cənub-qərbində yerləşir və kurort 7 km məsafədə olan Manavgat şəhərinin bir hissəsidir. Əhalisi təxminən 14 min nəfərdir.

“Yeni Gündəm” xəbər verir ki, adı qədim yunan sözündən gələn Side-ın görməli yerlərinin əksəriyyəti şəhərin əsas girişində toplanıb və bir çox maraqlı obyektlər dəniz sahili boyunca yerləşir. Tam mərkəzdə böyük bir bazar vardır ki, burada ölkənin tarixini özündə əks etdirən bir çox məhsulları tapmaq olur.
Şəhər tarixiliyi ilə bərabər həmçinin müasirliyi və əyləncəli gecələri ilə də seçilir. Xüsusilə axşam saatlarında bir çox yerlərdə canlı musiqi gecələri keçirilir və bu ora gələn turistlərin marağına səbəb olur.
Şəhərdə bir çox görməli yerlər vardır. Onlardan bəzilərinin adlarını sizlərə təqdim edirik: Amfiteatr, Vespasianın qapısı, Apollon Məbədi, Monumental Çeşmə Nymphaeum və s.
Qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz tarixi məkanlar həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olmaqdadır və bura üz tutanların ən sevimli ərazilərdir.
Bundan savayı sahil boyu əraziləri əhatə edən çimərliklər də digərlərindən seçilir. Belə ki, orta temperaturun isti və mülayim keçməsi burada çimərliklərin suyunun da isti olmasına şərait yaradır və buna görə də çimərliklərdən istifadə edənlər təkcə yay aylarında deyil, bəzən payız aylarında da yararlana bilir.