Antalyanı Santa Klausun izi ilə kəşf edin – FOTOLARbackend

Antalya Türkiyənin turizm paytaxtı, yay tətili üçün turistlərin vazkeçilməz məkanıdır. Amma Antalya  qış mövsümündə də turistlərin  sevimli istirahət yeridir. Rəvayətə görə Antalya  Santa Klausun doğulduğu, böyüdüyü və əfsanəyə çevrildiyi ərazidir. Santa Klausun doğulduğu Antalyanın Demre bölgəsinin turistlərə nələr vəd etdiyinin şahidi olaq.

Xeyirxahlığa həsr olunmuş bir ürək
IV əsrdə doğulan Müqəddəs Nikola (Santa Klaus), Patara adlı məşhur Likya şəhərində zəngin bir tacirinin oğlu idi. Nikolaos kimi tanınan bu şəxs, illər boyu Likya dövlətinin paytaxtı Myranın yepiskopu kimi xidmət göstərmiş və həyatını xeyirxah işlərə, yoxsullarla hər şeyini bölüşməyə həsr etmişdir. O, bir çox insana kömək etmiş, pəncərələrə və bacalara hədiyyələr buraxaraq, uşaqların, tacirlərin və dənizçilərin himayəçisi kimi tanınmışdır.

Möhtəşəm paytaxt
Müasir Antalya sərhədlərində yerləşən Demre bölgəsindəki Myra Antik Şəhəri, o dövrdə Anadolunun ən böyük ikinci yepiskop mərkəzi sayılırdı. “Möcüzələr Müqəddəsi” olaraq tanınan Müqəddəs Nikola, xeyirxah əməlləri ilə Myra xalqının sevgisini qazanmışdır. O, 6 dekabr 365-ci ildə xidmət etdiyi kilsədə dünyasını dəyişəndə bütün bölgə onu dərin kədər içində yad etmişdir.

Bu dəyərli insanın xatirəsinə antik şəhərdə məqbərə və bazilika tikilmişdir. Müqəddəs Nikola ilə əlaqəli möcüzələrin təsvir edildiyi bu bazilika, zəlzələlər və hücumlar nəticəsində ciddi zərər görmüş, IX əsrdə isə günbəzli kilsə kimi yenidən tikilmişdir.

Yeni görkəmli Müqəddəs Nikola Kilsəsi
Arxitektura üslubu və dizaynına görə Orta Şərq Roma dövrü abidələrinin ən görkəmli nümunələrindən biri sayılan bu kilsə, Orta əsrlərdə Aralıq dənizi marşrutu ilə Yerusəlimə səfər edən xristianlar üçün mühüm ziyarətgah olmuşdur. 2000-ci ildən etibarən UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilmişdir. Keçən il Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan bərpa və abadlıq işləri sayəsində Müqəddəs Nikola Kilsəsi indi ziyarətçilərini yenilənmiş görkəmdə qarşılayır.

Kilsədə balıq pulcuqları və akantus yarpaqları ilə bəzədilmiş Roma dövrünə aid sarkofaq yerləşir. Bu sarkofaqın Müqəddəs Nikola ilə bağlı olduğu düşünülür. Nikolaya aid bəzi sümüklər isə Antalya Muzeyində nümayiş olunur.

Demre səfəri zamanı Aralıq dənizinin mülayim və günəşli qış havasından zövq alaraq Myra Antik Şəhərinin bir çox xəzinələrini də ziyarət edə bilərsiniz. Antik şəhərə çatanda qayalarda oyulmuş məzarları və qədim Roma teatrını görərək şəhərin tarixi zənginliyini hiss edəcəksiniz.

Myra Antik Şəhərindən Andriake adlı qədim limana doğru gedə bilərsiniz. Andriake, hər küncündə sarkofaqlar, məzarlar və şəhər divarı qalıqları ilə özünəməxsus bir məkan olaraq tanınır. Andriake artefaktlarının çoxu Likya Sivilizasiyaları Muzeyində nümayiş etdirilir.

image-1image-2image-3image-4