Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşdibackend

Qarabağda lokal antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib.

Siyahıda 186 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 180 hərbçinin adı vardı.

Şəhid olmuş hərbçilərdən 186 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı