Aparıcının qızı bağçada xəsarət alaraq öldübackend

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib. “Yeni Gundem” qafqazinfo-ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.