“Aprel döyüşləri zəfərin əsasını qoydu” – Hərbi Ekspertbackend

2016-ci ilin Aprel döyüşlərinin bir neçə cəhətdən əhəmiyyəti var. Uzun sürən fasilədən sonra Azərbaycan Ordusu əks-hücuma keçərək düşmənə böyük zərbə vurdu. Bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Xalqda inam artdı.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O vurğulayıb ki, Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu həm Füzuli, Xocavənd istiqamətində həm də Tərtər, Ağdərə istiqamətində çox mühüm mövqelərdə möhkəmləndi.

“Bu zəfərin müjdəsi idi. Gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsinə təsir etdi. Aprel döyüşləri zəfərin əsasını qoydu. Aprel döyüşləri Azərbaycan dövlətinin böyük uğurudur.Hərb tarixində çox böyük yeri var. “Keçilməz” xətt adlandıran “Ohanyan xətti” darmadağın edildi. 40 dəqiqəyə düşmən geri oturuldu. 2016-ci ilin Aprel döyüşlərinin şəhidlərini ehtramla yad edirik. Şəhid və qazilərin hər biri bizim üçün çox əzizdir”,-deyə o qeyd edib.

Fərahim Rəhimov