Aqil nəvəsini görə bilmirbackend

Rejisor və aktyor Aqil M. Quliyev heç vaxt görmədiyi nəvəsindən danışıb.

“Yeni Gundem” Olay-a istinadla xəbər verir ki, bu barədə o, Məcid Hüseynovun “Çörək kəsmişik” layihəsində açıqlama verib.

Sənətçi bildirib ki, övladı və ailəsi başqa ölkədədir. Özünə isə Azərbaycandan çıxış qadağası olduğu üçün nəvəsini görə bilməyib:

“Nəvəmi qucağıma ala bilməmişəm. İmkan verdilər ki?! Respublikadan çıxışım bağlanıb. Vergi borcuma görə çıxa bilmirən. Ümumiyyətlə, heç kim üçün heç vaxt darıxmıram. Mən uşaq vaxtdan belə böyümüşəm. Bəlkə də qucağıma almış olsam, darıxaram”.