“25 illik toy fəaliyyətim var. Qarşıma bir-iki dəfə olsa Namiq Qaraçuxurludan tutmuş Rəşad Dağlıya qədər meyxanaçı çıxıb. Amma “A” hərfi ilə başlayan insan ( Aqşin Fateh) çıxmayıb. Mən onu müğənni Aynur Dadaşovanın sayəsində tanımışam, duet oxumuşdular”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov prodüser Tolikin “Youtube” layihəsində deyib. O, “Maşın” realiti şousundan əvvəl də meyxanaçı Aqşin Fatehə qıcıq olduğunu bildirib:
““Maşın” şouya gedəndə içimdə belə bir hiss var idi ki, hədəf olsam, birinci onu çıxaracam. O insana qarşı aqressiv idim. Səhnədən uzaqlaşmışdı, amma geri qayıdışı çox pis oldu. Heç kəs oturub namusdan-qeyrətdən danışmasın. Hərənin öz namusu özünə bəs eləyir. Onun 4 balası var. Aqşin, sənin əlindən çox pis yanıqlıyam.
Səndən bir xahişim var, əgər istəmirsənsə, sənin bütün kartlarını açım və sənin balaların məktəbə gedəndə bu kəlmələrdən utanmasın… Hələ ki,səndən xahiş edirəm. Dilini sakit saxla, mən sənin kartlarını açsam, evdən bayıra çıxa bilməyəcəksən. Sən də bilirsən ki, söz gəldisə mən deyirəm. Sözün ardını düşünmürəm. Faktla sənin ayıbını açsam, gərək sən heç nə danışmayasan.
Aqşin, bəsdir, kişilikdən danışdın. Kişilik kostyumla ölçülmür. Kişilik geyimlə deyil, bu, mənim tərzimdir, səhnə adamıyam. Mən estrada müğənnisiyəm, belə geyinməliyəm. Kostyum vəzifədə oturanlar üçün yaradılıb”.
Kərimin sözügedən açıqlamasına 11-ci dəqiqədən sonra baxa bilərsiz.