İyul ayının 20-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda “ARAF” kuboku uğrunda keçirilən konkur yarışları başa çatıb.
DSX-dən “Yeni Gundem”-ə verilən məlumata görə, ”M*” koteqoriyası üzrə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda yaş məhdudiyyəti qoyulmayan atlarla 9 idmançı iştirak edib.
Mübarizənin yekununda “Elite” atçılıq klubunun təmsilçiləri Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Seyid Musayev isə “Ayla” ləqəbli atla üçüncü yerin sahibi olub.
Sonda hər üç koteqoriyada birinci yerin sahiblərinə “ARAF” kuboku, ikinci və üçüncü yerlərin sahiblərinə medal və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəxri diplomu təqdim edilib.