Arif Acaloğlunun öldüyü hadisə yerindən – VİDEObackend

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən avtomobil qəzasının baş verdiyi yerdən görüntülər yayılıb. Oxu.Az xəbər verir ki, yoldan keçən avtomobildəki sərnişin tərəfindən lentə alınan video sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə A.Acaloğlunu vurub. Xəsarətlər alan alim xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.