Artım olub – 383 AZN-dən 484 manata – FOTObackend

2023-cü ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,3% artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Beləliklə, ötən ilin oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 383,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 484,0 manat təşkil edib.