“Arvad icazə versə, evlənərəm”.
Bu sözləri müğənni Tacir Şahmalıoğlu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçinin bu sözlərinə ilk reaksiya isə həmkarı Elşad Qarayevdən gəlib: “Sən onu yuxunda görərsən…”
Tacirin növbəti dəfə evlənmək eşqinə düşməsi sosial media istifadəçiləri tərəfindən heç də xoş qarşılanmayıb. İzləyicilər bu sözlərinə görə müğənnini tənqid atəşinə tutublar.