Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Millət Vəkili, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib.
“Yeni Gundem” xəbər verir ki, təbrik ziyarətində tərəflər arasında səmimi fikir mübadiləsi aparılıb və müxtəlif mövzularda müzakirələr olub. Görüş, həmçinin əməkdaşlıq və gələcək layihələr üçün faydalı təkliflərin irəli sürülməsi baxımından məhsuldar olub.