Aşbazı öldürən onun öz oğlu çıxdıbackend

Bursada ondan xəbər olmayanda evinə gedən təqaüdçü aşpaz qan içində yerdə uzanmış vəziyyətdə tapılıb.

“Yeni Gundem”in məlumatına görə, genişmiqyaslı araşdırmaya başlayan polis qatilin üstünə gəlib. Bədbəxt şəxsin ofisiant oğlu tərəfindən öldürüldüyü müəyyən edilib.

Bursanın Yıldırım rayonunda yaşayan 59 yaşlı təqaüdçü aşpaz Gülhanəddin Ç.-dən 2 gündür xəbər ala bilməyən qohumları qocanın evinə gedib. Qapını döyən şəxslər açılmayanda vəziyyəti polisə çatdırıblar. Xəbərdarlıq üzərinə Yavuzselim Məhəlləsindəki evə gələn polis, prokurorluğun icazəsi ilə çilingərlə birlikdə evə daxil olub. Evdə axtarış aparan qruplar Gülhanəddin Ç.-ni oturma otağında yerdə qanlar içində tapıblar.

Bədəninin müxtəlif nahiyələrindən bıçaqlanan təqaüdçü aşpazın təxminən bir gün əvvəl dünyasını dəyişdiyi müəyyən edilib. Hadisə ilə bağlı Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu qrupları araşdırma başladıb.

Bıçaqlanaraq öldürülən 59 yaşlı kişinin qatili ofisiant oğlu tapılıb. 37 yaşlı Emrah Ç. Ankarada saxlanılaraq Bursaya gətirilib.

Ailəvi səbəblərdən atası ilə mübahisə etdiyini bildirən Emrah Ç. “Anamla atam mübahisə edirdi. Atam anamı Ankaraya göndərmişdi. Ona görə də atamla mübahisə etdik” deyə ifadəsində bildirib.

Dindirilməsi tamamlanan Emrah Ç. təhlükəsizlik tədbirləri altında ədliyyəyə aparılıb.

Mənbə: EnSonHaber

Aynur Camal