Aslan Abaşidze Heydər Əliyev Mərkəzində olubbackend

Mediasiya Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan beynəlxalq hüquq üzrə elmlər doktoru, professor Aslan Abaşidze Heydər Əliyev Mərkəzini ziyarət edib.

“Yeni Gundem” xəbər verir ki, o Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini ifadə edən təqdimatlar və eksponatlarla tanış olub.

Eyni zamanda qonaq Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgilərin fəaliyyəti ilə də yaxından tanış olub.

Professor Aslan Abaşidze Mərkəzin fəaliyyətini çox yüksək dəyərləndirərək, mərkəzin fəaliyyətini ən yüksək mədəniyyət və irs daşıyıcısı hesab etdiyini qeyd edib.