İndiyə qədər ədalətdən ,insan hüquqlarından danışan bəzi dırnaq arası ölkələr indi bizim bərqərar etdiyimiz insan hüquqlarının ədalətin üstünə kölgə salmağa çalışır. Halbuki həyatlarında hüququn nə olduğunu dərk etməyi bacarmiyiblar . Hansı hüquqdan danışa bilərlər ki?! Torpaqlarımizin işğalına göz yumduqlari ,o qədər günahsız vətəndaşların soyqırımlara məruz qaldığı , öz dədə- baba torpaqlarindan didərgin düşdüyü, torpaqlarımizin qanunsuz şəkildə istismarınında gözlərini yumub, heç bir addım atmadiqlari hüquq normaları?! . Hər bir hüququ,ədaləti öz gücümüzlə bərqərar etdik . İndi gəlib dırnaq arası hüquq təmsilçiləri kölgə salmağa çalışır. Ümumiyyətlə AŞPA- nin rolu nədən ibarətdir?! Öz öhdəsinə düşən vəzifələri yerinə yetirmək əvəzinə başqalarının işinə qarışır. İstər Qarabağda baş verən qanunsuzluqlarda ,istər Ukraynada baş verən hadisələrdə heç birində qanuni şəkildə həllinə çalışmadı. Daha da münasibətlərin gərginləşməsinə səbəb olan yersiz bəyanatlar verdi .
İndi də AŞPA Almaniya və Fransanın əlində bir oyuncağa çevrilən lazımsız bir oyuncaqdir . Bəllidir ki , Fransa bizim uğurumuzla barışa bilmir . Qanunun necə işlədiyini bilməyən dövlətlər qanundan, ədalətdən necə danışa bilər?!
İstər Almaniya istərsə də Fransanın erməni yönümlü qüvvələri heç vaxt bizim qurduğumuz ədalətin üstünə kölgə sala bilməz . Ona görə də bütün etdikləri səylər mənasızdır. Bütün etdikləri ilə əslində dağılmaqda olan” zavallı” Ermənilərin məhvinə səbəb ola bilər. Guya indi ” zavallı” Ermənilərin qanunsuzluqlarinin üstünü ört basdır etməklə xeyr vermiş olacaqlar . Halbuki bu onların qanunsuz qurumu olan Ermənilərin sonu demək olar. Ermenilərin varlığı, yoxluğu bizim üçün maraqlı deyil. Zatən onlar bizim üçün yox kimidir . Bizə qarşı nəyinki AŞPA heç bir digər qanunsuz qurumlar heç bir təzyiq göstərə bilməz . Biz ədalətin , hüququn rəmzi olan bir ölkəyik . Nəyin hüquqi nəyin qanunsuz olduğunu çox yaxşı bilirik .
Azərbaycan Dillər Universiteti
Şəlalə Hüseynova