AŞPA-nın ermənipərəst mövqeyi bir daha sübut olundubackend

Azərbaycan öz torpaqlarını azad etdikdən və suverenliyini bərpa etdikdən sonra Avropa ölkələrinin əksəriyyəti ölkəmizə qarşı qərəzli olduqlarının şahidi oluruq .Torpaqlarımızın 30 ilə yaxın işğal altında olduqda buna səssiz qalan beynəlxalq qurumlari yeni metodlar icad edərək  guya Azərbaycana təsir göstərməyə başlayırlar. Avropa Şurası Parlament Assabmleyası da bu qurumlardan biridir.

Əsas vəzifələrindən biri Dünyada sülh və sabitliyin qorunması olan AŞPA sözlü insan hüquqları,demokratiya və qanun aliliyi müdafiəsi ilə məşğuldur. Əməldə heç də belə deyil.  

Azərbaycan 2001-ci ildə  AŞPA-a üzv oldu. 23 il ərzində Azərbaycan diplomatiyası bu məsələyə professional olaraq səbrlə yanaşdı. Aydındır ki bu cür qərəarlar zaman , ən yüksək səviyyədə diplomatik təşəbbüsləri tələb edir.   Sonrakı dövrün təcrübəsi göstərir ki, AŞPA bu zamanı Azərbaycanın lehinə deyil Azərbaycana qarşı vasitə kimi istifadə edib. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob, ermənipərəst  və türkəfob təfəkkürlü nümayəndələrinin  məkanına çevrildi. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız  çox saylı , lakin,  heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləniblər. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək  Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyətindən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. AŞPA bu ilki qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi . Buna səbəb kimi də Avropa Şurasının təməl prinsipləri olan azadlıq, qanunun aliliyi , öhdəliklərin davamlı şəkildə yerinə yetriliməsi normaları göstərildi. Bu qərəzli mövqe qurumun ikili standartları həyata keçirdiyinin baris nümunasi kimi görünür.

AŞPA-da sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe çıxışında guya “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını irəli sürülsədə sadəcə sosialistləri qabağa verdiyi faktdır. Amma Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini, insan hüquqlarını təmin edilməsini AŞPA  nəzərə almadı .

Bu, AŞPA rəhbərliyinin Azərbaycan Prezidentinin bəyanatlarına mövqeyinin göstəricisidir və AŞPA-nın Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Özünü nüfuzlu təşkilat hesab edib  Azərbaycana qarşı qərəzli təziq nümayiş etdirən  bu qurum münaqişə dövründə Azərbaycana qarşı heç vaxt səmimi mövqedə olmayıb. Bizim torpaqlarımız 30 il işğal altında olduqda da , 1 milyon  məcburi köçkün olduğu bu illər ərzində AŞPA-nın Ermənistana qarşı hər hansı bir tələbini  və yaxud qərarını  görmədik. Hələ 1987-1991-ci ildə Qərbi Azərbaycandan qovulan üç yüz minə yaxın  soydaşlarımız qaçqın kimi Azərbaycana pənah gətirdi. Bəs  onda AŞPA hardaydı ? Onda niyə səsini qaldırmadı.?

Ancaq indi Azərbaycan öz torpaqlarını geri qaytarıb, suverenliyini bərpa edən kimi Paralament Assambleyası Qarabağın erməni əhalisinin qayğısınaqalaraq əslində özləri heç də demokratik və insan hüquqlarını bərabər şəkildə qoruyan bir qurum olmadığnı açıq aşkar bəyan etmiş oldular.

AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edibdir.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstəkolmaq siyasətindən irəli gəlir.  

Yaxın günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı C.Borrel yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirərək “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir kimi fikrlərini bildirmiş və bunun Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacağ”nı qeyd etmişdir.  Əslində Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk dəfə olmamış, eyni zamanda Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərmişdir.

Strazburqda qış sessiyası zamanı AŞPA-nın isamafob və antiazərbaycan təfəkkürlü deputatlarının çıxışlarından sonra Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırlması münasibətləri bir az gərginləşdirdi. Cavab olaraq Azərbaycan AŞPA-da iştirakını qeyri müəyyən müddətə dayandırdı. Əslidə AŞPA-nın qeyri konstruktiv mövqeyi gözlənilən idi. Çünki 20 il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzuni görməzdə gəlib heç bir hüquqi əsası olmayan bəyanətlərlə kifayətlənibdir. Erməninstanın isə cinayətlərinə görə bir dəfədə olsun səs vermə hüququnu məhdudlaşdırması barədə düşünməyib , əksinə mümkün variantlardan istifadə edərək  Azərbaycana  münasibətdə qərəzini açıq şəkildə ifadə etdiribdir.

Azərbaycan AŞPA qarşısında öhdəliklərin yerinə yetirməməsində  günahlandırılır. Bu öhdəlillər sırasında əsas yeri LGBT-nin hüquqlarının qorunmasıdır. Məsələn orta məktəblərdə bu mövzunun tədrisi arzu olunandır. Ancaq bu sözsüz ki Azərbaycan mentaritetinə və dəyərlərinə ziddir.  Azərbaycanı hədəfə çevirən növbəti səbəb isə Qarabağ məsələsidir.Ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması. Əazinin bütövlüyünü  və suverenliyini öz gücü hesabına bərpa etməsi Fransa və Almaniya kimi ölkələrinin qıcığına səbəb olmuşdu. Bu məsələlərə Azərbaycan öz münasibətini  AŞPA-ya verdiyi cavabı ilə göstərdi.

AŞPA və digər antiazərbaycan qüvvələrinin etnik və dini nifrəti ikili standartları bir daha onu göstərir ki ərazilərimizin işğaldan azad edilməsi çoxlarını narahat edir. 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə nümayiş etdirdi ki,  işğalçılara cəbhədə qalib gəldik, lakin Beynəlxalq təşkilatlarda Azərbaycana qarşı fobiyalarla hələ ki qarışı-qarşıyayıq .

Azərbaycan Prezidenti Ali Baş komandan İlham Əliyev qarşıya qoyulan bütün qərar və qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində həyata keçirdi. 2020-ci il Vətən Müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi ki  baş verirdi, Azərbaycan ölkə olaraq  yeni sülh prosesinin müəllifi oldu.

2001-ci ildən  Azərbaycan AŞPA-nın üzvü olmuş, nümayəndə heyətinin rəhbəri isə İlham Əliyev idi. O dövrdən Prezidentimiz, Ali Baş komandanımızın indiyənədək qəbul etdiyi siyasi, iqtisadi , sosial və hərbi qərarların müsbət nəticələrini Azərbaycan xalqı olaraq şahidiyik. Hazırda Azərbaycanın AŞPA-dakı iştirakını dayandırılması AŞPA-nın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik.

Şəkər Məmmədova

Coğrafiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası üzvü