“Heç vaxt ata haqqında mahnı oxumuram, ürəyimdən gəlmir”.
“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın deyib. Sosial şəbəkədə canlı yayımda olan ifaçı izləyicilərinin ondan ata mahnısı istəməyinə etiraz edib:
“Atasız böyüdüyüm üçün mənə çatmır ata muğamı. Anadan ürəkdən oxuyuram. Hətta toyda elə oxuyuram ki, hamı ağlaşır. Baxıram ki, durub oynayan olmur. Ana qayğısı görmüşəm, ata yox. Ataları Allah qorusun, dünyasını dəyişənlərə rəhmət diləyirəm. Amma oxuya bilmirəm”.