Bu gün səhər saat 04 radələrində Gəncə şəhərində ata və iki övladının yanaraq öldüyü evdən fotolar yayılıb.
“Yeni Gündəm” xəbər verir ki, 4 otaqlı evin yanması nəticəsində 31 yaşlı Bahəddin Məmmədov, onun 14 yaşlı oğlu Turqay və 9 yaşlı qızı Mələk vəfat edib. Yanğının kəşfiyyatı zamanı onların meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.