Atalar və oğullar… – Elşən Gəncəvibackend

İnsanlar arasında ünsiyyət yaş qruplarına görə ayrı-seçkilik yaradır.

Yaş qrupları insanlar arasında “paxıllıq” düşüncəsindədir. “Mən yaşda böyüyəm, sən isə kiçiksən!” kimi düşüncə tərzləri davam edir.

Bir növ gənclərin düşüncə tərzinin və beyninin inkişaf etməsinə mane olan arakəsmədir.

“Uşaq”san!

Yaşlı və ya yaşlanacaq nəsillər özlərindən yaşca aşağı təbəqələrlə ünsiyyətdə olduqda, bir anlıq özlərini “təbəqəcə” yuxarı hiss edirlər. Hər bir gənc siyasət, iqtisadiyyat, elm, idman və s. sahələrdə nəyisə müzakirə etmək biliyinə malikdir. Amma yaşlı nəsil gənclərin sualsız mövqeyini qəbul etmir və yaş fərqini bildirməklə “uşaq” olduğunu deyirlər: “Sən uşaqsan, sənin yaşın çatmır, sən mənə ağıl verə bilməzsən!” Amma…

Yaşlı nəslin üzvü hər hansı bir sahə üzrə müzakirə etdiyində, qarşısındakı gənc dinləməlidir. Gənc nədə isə səhv edə bilər. Yaşlı nəslin işi isə səhv düzəltməkdir. Bir maraqlı məqam burasındadır ki, yaşlı nəslin üzvü qarşısındakı gəncin fikri düz olduğu zaman belə qəbul etmir. Böyük olduğunu göstərmək üçün öz fikrini bildirib, gəncin düşüncəsini səhv çıxartmaq istəyir.

Bir anlıq istək…

Çətin misal-məsələləri etdikdə özümü bir anlıq məşhur alimlə eyni səviyyədə tutardım. Hər bir məsələni asan üsullarla həll etsəm də, həmin məsələni çətin variantda da həll etmək üçün öz üsullarımdan istifadə edirdim. Amma bir dəfə əksi oldu. Çətin və uzun üsulla həll edilən misal asan yolla həll edildi.

Həmin misalı növbəti gün dayıma (Riyaziyyat müəllimim) təqdim etdim. Dayım heç cürə mənimlə razılaşmırdı. Uzun mübahisələrimdən sonra razılaşdı. Riyaziyyatçı olmaq istəyirdim, amma…

Hər hansı bir sahəni bilən insan özündən sonra davam etdirəcək tələbəsinin inkişafı üçün irəli getməsində yardımçı olmur. Vaxtı ilə ədəbiyyatda, elm sahəsində ustad olan müəllim tələbəsini özündən irəlidə görmək üçün yaşayıb. Bu gün isə hər hansı bir sahədə yaradan insan yaradıcının irəli getməsini “tənqid” ilə qarşısını almaqdadır.

Gənc “yaşlılar” fəsiləsi (25-35 yaş arası dəyişir)

Gənclər arasında ağıl vermək və tənqid sənəti geniş inkişaf edib. Bu sənətin sahibləri həmyaşıdları ilə ağsaqqallar kimi danışır, onların nəyi edib, nəyi etmədiklərini beyinlərində anket şəkilində doldururlar. Sonra isə özlərinə uyğun nəticələr çıxarırlar.

Gənc “yaşlılar” fəsiləsi özlərindən yaşca kiçik olan gənclərə nəyisə öyrətmək və inkişaf etdirmək istəmirlər. Çünki gəncin hər hansısa sahə üzrə erkən yaşda uğur qazanması gənc yaşlılar üçün həmin sahədə “itib-batmaq” təhlükəsini yaradır. Erkən yaşda uğur qazanan uğurlunu isə hər kəs “təhlükəli fiqur” kimi görür.

Önəmli olan insanın razılaşdığı məqamlardır. Razıyam, insanlar məsləhətləşməlidilər. Bilirəm ki, uğurun yeganə yolu başqaları ilə davranışdan keçir. Amma razı deyiləm, məsləhətçim olsun. İstəmirəm ki, uğursuzluq başqalarının davranışları ilə nəticələnsin. Nə isə…

Sonda:

Sizləri bilmirəm, amma mən bu gün də körpə uşaqlardan belə nələrsə öyrənirəm. Səmimi gülməyi, səmimi içdən ağlamağı öyrənmişəm. Həyatda hər hansısa bir şeyi körpə uşaq kimi istəmişəm. Bu gün mən bir körpə uşaqla ünsiyyətdə olaraq, xoş vaxt keçirərək körpə oluramsa, yaşlı nəsil isə gənclərlə ünsiyyətdə olub gənclik hissini yaşamalıdır.

“Oxu-magiya” kitabı

Yenigundem.az