Xalq artisti Emin Ağalarov əkizləri Əli və Mikayıl Bakıda keçirilən beynəlxalq festivalla bağlı təəssüratlarını bölüşüblər. Axşam.az xəbər verir ki, övladları festivalın təşkilatçısı kimi ataları ilə fəxr etdiklərini vurğulayıblar.
“Çox təsirləndim. Bakıda belə beynəlxalq tədbirin keçirlməsi və dünya ulduzlarının burada iştirak etməsi xoşuma gəldi. Ümid edirəm ki, növbəti il daha yaxşı olacaq. Devid Poster, atamın və Nikol Şerzingerin çıxışını bəyəndim. İnanılmaz idi” deyə, Əli bildirib.
Mikayıl isə “Çox yaxşı keçdi, xoşuma gəldi. Çox işıqlı idi. Ən çox atamın çıxışını və yağışı bəyəndim. Atamla fəxr edirəm. Onu çox sevirəm. O, nə edirsə, yaxşıdır” deyə, söyləyib.