“Atletiko” Bakıya nə vaxt gəlir?backend

10 Oktyabr, 2017 16:40

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti rəqibi olan “Atletiko”nun səfər proqramı müəyyənləşib.”Yenigundem” “Qafqazinfo” ya istinadən xəbər verir ki, Bakıya oktyabrın 16-da çarter reysilə gələcək madridlilər oyun bitən kimi – oktyabrın 18-dən 19-a keçən gecə geri dönəcək.

Dieqo Simeonun komandası paytaxtımızda ilk və son məşqini oktyabrın 17-də “Qarabağ”la üzləşəcəyi Baı Olimpiya Stadionunda edəcək.

İspaniya klubunun Bakıda məskunlaşacağı yer də bəllidi. Belə ki, “Atletiko” paytaxtımızda qalmaq üçün “Hilton” otelini seçib.

Yenigundem.Az