AFFA-nın maliyyə dəstəyi, “Sirius” FK futbol akademiyasının təşkilatçılığı və LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə “Sirius” FK futbol akademiyasının bazasında 6-12 yaşlı xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqlardan ibarət 8 komanda arasında futbol turniri keçiriləcək.
Hər biri 8 nəfərdən ibarət olan 8 komandanın yarışacağı turnirin əsas vəzifəsi uşaqların fiziki və sosial bacarıqlarının inkişaf etdirilməsidir. Turnir cəmiyyətdə autizm və daun fərqindəliyinin artmasını, pandemiyanın autizmli və daun sindromlu uşaqlar üzərində mənfi təsirlərinin aradan qaldırılmasını, uşaqların autizm və daun sindromlarının neqativ təsirləri ilə mübarizəsinin asanlaşdırılmasını hədəfləyir. Turnir çərçivəsində 1,5 ay ərzində məşq və hazırlıq prosesi təşkil olunacaq və daha sonra 1/4 final, 1/2 final və final oyunları keçiriləcək. Turnirdə iştirak edəcək komandaların bütün iştirakçılarına futbol geyimləri hədiyyə ediləcək. İlk üç yerin sahibi olan komandaların iştirakçılarına isə 1 aylıq müalicə və terapiya xərclərini qarşılamaq məqsədilə pul mükafatları təqdim olunacaq.
Turnirin mükafat fondu:
1-ci yer –2000 manat
2-ci yer –1000 manat
3-cü yer –500 manat
Turnirdə iştirak etmək üçün xüsusi formanı dolduraraq [email protected] ünvanına göndəmək lazımdır. Qeydiyyat üçün formanı aşağıdakı linkdən əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün:
0556527727 – Tural İsaqov