Heç bir ölkədən iqtisadi asılılığı olmayan, öz təbiiehtiyatları hesabına dayanıqlı iqtisadiyyatını təmin etmişAzərbaycan artıq dünya ölkələrinin əksəriyyətinin enerjitəminatında mühüm rol oynayır. Zəngin karbohidrogen vəenerji potensialına malik Azərbaycan artıq dünyadövlətlərinin diqqətini cəlb etməkdədir. Sirr deyil ki, Azərbaycanın zəngin enerji resursları öz iqtisadiyyatınınpotensialını gücləndirməklə yanaşı, həm də dünya ölkələriilə siyasi, iqtisadi, humanitar və hərbi sahədəəməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Məlum olduğu kimi müstəqillik əldə etdikdən sonra tikilibistifadəyə verilmiş neft və qaz kəmərləri Azərbaycan neftivə qazını dünya bazarlarına çıxarmaq üçün müstəsnaəhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, artıqAzərbaycan müstəqil dövlət olaraq öz enerji problemləriniuğurla həll edir. Bunun nəticəsidir ki, ölkəmiz qlobalmiqyasda qaz ixrac edən ölkəyə çevrilib. BeləlikləAzərbaycanın beynəlxalq əməkdaşlıq müstəvisində həmnəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərininartması daha da böyük uğurlar vəd edir.
Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağıartırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıqsahəsində istəkləri də reallaşdırır. Etiraf edilməlidir ki, ölkəmizin artan iqtisadi qüdrəti dünya dövlətləri ilətəhlükəsizlik və hərbi sahədə əməkdaşlığa da təsirsizötüşməyib. Məlum olduğu kimi hazırda Azərbaycandünyanın bir çox ölkələri ilə təhlükəsizlik və hərbi sahədəəməkdaşlıq edir. Slovakiya ilə müdafiə və müdafiəsənayesi sahəsində əməkdaşlıq da bu sahədə aparılanuzaqgörən siyasətin tərkib hissəsidir. Təsadüfi deyil ki, Baş nazir Robert Fitsonun ölkəmizə səfəri çərçivəsindəAzərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığa dairmühüm sazişlər imzalanıb. İmzalanan sənədlərləAzərbaycan və Slovakiyanın müdafiə sektorunda mümkünəməkdaşlıq istiqamətləri müəyyən edilib.
“Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və regionüçün böyük faydalara yol açır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkəolacaq. Yeri gəlmişkən xatırladaq ki, ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanınqaz nəqli operatorları ilə Azərbaycan Respublikası DövlətNeft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafınadair anlaşma memorandumu imzalanıb. “Həmrəylikhalqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücüsistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaztədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir.
Emin Hüseynov,
Nəsimi rayon sakini