Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən 1.5 milyard avronu Ukrayna üçün ayırıdıbackend

Aİ Rusiyanın donduruluş aktivlərindən əldə olunmuş gəlirdən 1.5 milyard avronu Ukrayna üçün ayırıb.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” hesabında bildirib.

“Aİ Ukraynanın yanındadır. Bu gün biz immobilizasiya olunmuş Rusiya aktivlərindən əldə edilən 1,5 milyard avro vəsaiti Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük. Kremlin pulunu Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirmək üçün istifadəsindən daha yaxşı simvol yoxdur”, von der Leyen qeyd edib.

APA