Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.
“Yeni Gündəm” İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı seçilib.
Madrid “Real”ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramos qitənin ən yaxşı ikinci oyunçusu elan edilib. “Bavariya”nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yeri tutub.
Cənubi Amerikada isə Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi birinci olub.
Braziliya yığmasının və PSJ-nin hücumçusu Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın “San Paulo” komandasında oynayan Daniel Alveş isə üçüncü olub.Qol.az