Avtomobil alarkən bu məqamlara diqqət yetirilməlidirbackend

“Çindən, Ərəb ölkələrindən eləcə də “Toyota Avropa”nın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda “Toyota” şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər “Toyota” tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə, komplektasiyalara malikdir”.

Bunu müsahibəsində “Toyota Qafqaz” şirkətinin Azərbaycan üzrə direktoru Rəşad Saracov deyib. O, cəmiyyəti maraqlandıran bir sıra sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Rəşad bəy, son vaxtlar Azərbaycana fərqli ölkələrdən xüsusilə Çindən və Dubaydan çoxsaylı yeni “Toyota” avtomobilləri gətirilib və həmin avtomobillər qeyri-rəsmi şəbəkələrdə satışa çıxarılır. Azərbaycana fərqli ölkələrdən gətirilib qeyri-rəsmi şəbəkələrdə satılan avtomobillərlə rəsmi diler mərkəzlərində satılan avtomobillər arasında nə kimi fərqliliklər mövcuddur?

– Bəli, son vaxtlar ölkəyə rəsmi diler mərkəzləri tərəfindən idxal olunmayan və fərqli regionlara aid olan yeni “Toyota” avtomobillərinin ölkəyə gətirilməsində yaşanan artım dinamikasını biz də müşahidə edirik. Əslində təbii ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillər də “Toyota”nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.

Azərbaycanda rəsmi “Toyota” diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə “Toyota” tərəfindən Avropa regionu üçün nəzərdə tutulmuş və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. “Toyota” ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən, hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir.

Odur ki, müştərilərə yeni avtomobili əldə edərkən mütləq bu vacib məqama diqqəti yetirməyi tövsiyə edirəm.

– Çindən və Ərəb ölkələrindən gətirilən və ya qeyri-rəsmi şəbəkələrdə satılan yeni avtomobillərin zəmanət müddəti necə tənzimlənir?

– Zəmanət məsələsi ilə bağlı bu qeyd etdiyiniz ölkələrdən gətirilən və ya həmin qeyri-rəsmi şəbəkələrdən əldə olunan yeni avtomobillərin sahibləri təəssüf ki zəmanət müddəti və şərtləri ilə bağlı kifayət qədər məlumatsızdırlar.

Azərbaycanda yeni “Toyota” avtomobilinə zəmanət yalnız rəsmi diler mərkəzlərindən əldə olunan və ya “Toyota Avropa”nın əhatə etdiyi ölkələrdən əldə olunan avtomobillər üçün şamil olunur. Çindən, Ərəb ölkələrindən eləcə də “Toyota Avropa”nın əhatə dairəsində olmayan ölkələrdən əldə olunan avtomobillərə Azərbaycanda “Toyota” şirkəti zəmanət təqdim edə bilmir. Çünki bu avtomobillər “Toyota” tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə, komplektasiyalara malikdir. Bu şəbəkələr tərəfindən satılmış avtomobillərdə zəmanətlə bağlı gələcəkdə yaşanıla biləcək hər hansısa bir hadisəyə “Toyota” rəsmi dilerləri zəmanət çərçivəsində cavabdeh ola bilməzlər.

Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni “Toyota” avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160.000 kilometrə qədər təqdim olunur.

– Bəli, qeyd etdiyiniz hallar tez-tez müşahidə olunur. Xüsusilə Çin bazarı üçün nəzərdə tutulan və Azərbaycana gətirilən “Toyota” avtomobillərində ciddi fərqlər mövcuddur. Ən vacib hal bu avtomobillər üçün bəzən ehtiyat hissələrinin mövcud olmaması və ya ehtiyat hissələrinin kodu sifariş üçün tamamilə ayrı olmasıdır. Bundan əlavə Çindən gətirilən avtomobillərin diaqnostika zamanı sistemlərin həmin avtomobili tanımaması kimi çətinliklər də yaranır.

Bütün bu qeyd olunanan məqamlar gələcəkdə yeni avtomobil əldə edərkən yarana biləcək çətinliklərdən yayınmaq üçün mütləq nəzərə alınmalıdır və rəsmi mərkəzlərdə təklif olunan avtomobillərə daha çox üstünlük verilməlidir.

– Azərbaycanda “Toyota”nın rəsmi dilerləri hansılardır?

– Çox təəssüf ki, ölkədə “Toyota” loqosu altında bır sıra qeyri-rəsmi şəbəkələr fəaliyyət göstərir və bu müştərilər arasında bəzən çaşqınlıq yaradır. Nəzərinizə çatdırım ki, “Toyota”nın Azərbaycanda rəsmi diler mərkəzləri “Toyota Bakı Mərkəzi”, “Toyota Abşeron Mərkəzi” və “Toyota Gəncə Mərkəzi”dir. Adını sadaladığım bütün bu rəsmi diler mərkəzlərində, “Toyota” tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək “Toyota” standartlarına uyğun xidmət göstərir.

Həmçinin  nəzərinizə çatdırım ki, rəsmi dilerlərdə təqdim olunan ehtiyat hissələrinə də istehsalçı tərəfindən 1 il zəmanət təqdim edilir.