Avtomobil parklanması ilə bağlı nağd ödənişin tələb edilməsi tamamilə qanunsuzdur.
Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, əgər kimsə vətəndaşdan nağd ödəniş tələb edirsə, vətəndaş bundan tam əminliklə imtina edə bilər.
“Ödəniş ancaq tətbiq üzərindən həyata keçirilir”, – deyə o əlavə edib./Trend