“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 27-də sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Bəhruz Əli oğlu Əsgərov təyin olunub.