Avtomobil Yolları Dövlət Agentliyinə sədr təyin edilibbackend

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 27-də sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Bəhruz Əli oğlu Əsgərov təyin olunub.