Azərbaycan Ermənistanla sərhədlərin müəyyən edilməsi və münasibətlərin normallaşdırılması üçün 5 prinsipdən ibarət təklif irəli sürüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Seyminin sədri Elzbieta Viteklə görüşündə bildirib.
“Biz gələcəyə baxmaq, sülhə nail olmaq, normal qonşuluq münasibətləri qurmaq istəyirik. Təəssüflər olsun ki, biz hələ də Ermənistanın öz öhdəliklərini pozmasının, Azərbaycanın sərhəddində və suveren ərazilərində təxribatların, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin şahidi oluruq. Ermənistan öz öhdəliklərini yerinə yetirmək, konstruktiv yanaşma nümayiş etdirmək və artıq qeyd olunan prinsiplər əsasında münasibətləri normallaşdırmaq zərurətini dərk etməlidir – axı bu, regionda sülh və sabitliyə nail olmağın yeganə yoludur”.