Axtarışda olan şəxs hava limanında saxlanıldıbackend

Axtarışda olan şəxs hava limanında saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Yeni Gundem”-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.