Ayağı tutulan Ağakərim xəstəxanaya yerləşdirilib – Videobackend
Xəbər verdiyimiz kimi, insult keçirən meyxanaçı Ağakərim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
“Yenigundem”-ın məlumatına görə, ayaqları tutulan ifaçını müalicə etdirməyə ailəsinin maddi gücü çatmayıb. Heydər Əliyev Fondu Ağakərimin müalicə xərclərini öz üzərinə götürüb.

“Hər şey daxil” verilişi meyxanaçını xəstəxanada ziyarət edib. Proqramın aparıcısı prodüser Tarix Əliyev (Tolik) bildirib ki, ifaçının müalicəsi başlayıb.