Müğənni Ayaz Qasımov müzakirələrə səbəb olacaq addım atıb.
“Yeni Gundem” xəbər verir ki, sənətçi instaqramda ailəvi fotosunu paylaşsa da, xanımının üzünü smayliklə gizlədib.
O, sözügedən fotoya “10 il öncə məhz bu gün həyatıma məna, rəng gəldi. Çox şükür Rəbbimə ki, xoşbəxtəm. Allah hamını xoşbəxt eləsin. Bu günlərimiz üçün Allaha şükürlər olsun! Artıq övladlarımız böyüyür və bizim üçün həyatın mənası daha da gözəlləşir. Hər günümüz, ilimiz daima gözəl keçsin. Yaxşı ki, varsan”, – deyə şərh yazıb.