“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin keçmiş müdiri Aybəniz İsmaylovanın vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırıldığı barədə məlumat vermişdik.
Son günlər isə Aybəniz İsmayılovanın “Bakı Metropoliteni” QSC-də işə başladığına dair informasiyalar yayılıb.
İddialara görə, o, bu qurumda informasiya siyasətinin həyata keçirilməsinə cavabdeh şəxslərdən biri olacaq.
Doğrudamı yenilənən Metropoliten rəhbərliyi informasiya siyasətini adı müxtəlif qalmaqallarda hallanan xanıma etibar edib? Demokrat.az mövzunun aktuallığını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-yə sorğu ilə müraciət edib.
Qurumdan Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Aybəniz İsmayılova adlı şəxs heç zaman “Bakı Metropoliteni” QSC-nin əməkdaşı olmayıb.