Müğənni Nadir Qafarzadə “ATV maqazin 10larla” verilişinin “Hit-parad” rubrikasında qonaq olub.”Yenigundem” xəbər verir ki, tanınmış ifaçı həmkarı Samir Piriyevin açıqlamasını məntiqsiz adlandırıb və xalq artisti Aygün Kazımovaya təriflər yağdırıb. Nadir şou biznesin divasına Azərbaycanın Rihannası, Beyonsu və Şakirası deyib. Qeyd edə ki, Samir Piriyev xanım həmkarı Damlanı dünyaca məşhur kolumbiyalı müğənni Şakiraya bənzətmişdir.