“Avroviziya” təmsilçilərimizdən olan Aysel Teymurzadəyə qarşı dələduzluq edilib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib. Aysel onun adından investisiyalar üzrə saxta videokurs səhifələrinin açıldığını bildirib:
“Bunlar fırıldaqçılardır, mənə heç bir aidiyyatı yoxdur”.