Aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanov arasında qalmaqal böyüyür.
“Yeni Gundem” xəbər verir ki, bu dəfə Sərxan Kərəmoğlunu Rəqsanə İsmayılova təhdid edib.
İfaçı aparıcıya vatsapda səsli qeyd göndərib. Həmin səs yazılarını Sərxan Kərəmoğlu İnstaqramda paylaşıb: “Oğlumun tək canına and içmişəm, bunun heyfini çıxacam. Özün də bunu görəcəksən. Sən özün yaxşı bilirsən ki, Rəqsanənin və Fazilin əli girməyən yer yoxdur. Sən Sərxanlığını göstərərsən. Görək kim udacaq, kim qalib gələcək?! Məni polislə qorxudursan?! Polis mənə nə edəcək? Rusiyada şikayət ərizəsi yazmısan? Mənə nə edəcəklər? Heç kimdən qorxmuram”.
Sərxan Kərəmoğlu isə Rəqsanə İsmayılova haqqında bu sözləri yazıb: “Heç kimin ailə işinə qarışmamışam. Aysun İsmayılova haqqında sual verilib, mən də onu tərifləmişəm. Toyun saxta olduğunu deməmişəm. Demişəm ki, toy mərasiminə inanmamışam, o da Aysuna görə yox, yanındakı bəy əfəndiyə görə. Çünki sənət adamının əri olmaq çox çətindi.
Rəqsanəni isə “ona inanmıram” kəlməsi qıcıqlandırıb. Mən hansı pozğun kəlməni ifadə etmişəm ki, qızın eyvandan özünü aşağı atmaq istəyib? Məni öldürməklə hədələyirsən? Unutma, bu qədər təhqir və təhdidlərə baxmayaraq mənə xətrin əzizidir. Əziz insan, Allah səni və ailəni qorusun. Amma dava-dava oyunumuz davam edir”.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov da Sərxan Kərəmoğlunun təhdid edib. Buna səbəb Sərxan Kərəmoğlunun “MTV maqazin” verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın heç bir sözünə güvənmədiyini deməsi olub.
(Teleqraf.com)